"Neftçi"nin prezidenti baş məşqçi olmağı sevirdi"

"Neftçi"nin sabiq baş məşqçisi Hans-Yurgen Gede "Vnexpress" nəşrinə müsahibə verib.
 
Sportline.az xəbər verir ki, alman məşqçi Bakı təmsilçisində işlədiyi dönəm haqda da danışıb.
 
"Azərbaycana "Neftçi" işləmək üçün getdiyim gün prezidenti zəngin və səxavətli adam idi. Ancaq o, baş məşqçi olmağı sevirdi. Tez-tez peşəkarların işinə müdaxilə edirdi. Sonra kulminasiya nöqtəsi oldu. Mənim əlimə bir hücumçu verdi, hansı ki, olduqca bacarıqsız idi. Prezident dedi ki, Yurgen, ona oynamağa imkan ver" deyə gede bildirib.
 
Qeyd edək ki, 64 yaşlı mütəxəssis 2008/09 mövsümündə "Neftçi"də işləyib. Həmin vaxt Əkbər Hacıyev klub prezidenti olub.