"Neftçi"nin qış planı

"Neftçi"nin qış hazırlıq planı müəyyənləşib.

Sportline.az xəbər verir ki, paytaxt klubu dövrələrarası hazırlıq çərçivəsində Türkiyədə iki həftə təlim-məşq toplanışında olacaq. Dekabrın 15-də "Qəbələ" ilə matçdan sonra komanda istirahətə buraxılacaq.

Futbolçular yanvar ayının əvvəlində yenidən Bakıda toplaşacaq. Sonra komanda Antalyaya üz tutacaq.

Türkiyəyə yanvarın 10-da yollanmağı planlaşdıran "ağ-qaralar"ın 3 yoldaşlıq görüşü nəzərdə tutulub. Ölkə çempionu yanvarın 25-də Bakıya qayıdacaq.