"Neftçi"nin sabiq baş məşqçisi Azərbaycanın iki seçməsinə rəhbərlik edəcək

"Neftçi"nin sabiq baş məşqçisi Füzuli Məmmədov yeni vəzifəyə təyin olunub.

Sportline.az xəbər verir ki, 44 yaşlı mütəxəssis Azərbaycanın U-15 və U-16 seçmələrinin sükanı arxasına keçib.

Bundan başqa AFFA İcraiyyə Komitəsi Elxan Abdullayevi U-17, Aqil Nəbiyevi isə U-18 millilərinin baş məşqçisi kimi növbəti müddətə təsdiqləyib.