"Neftçi"nin sabiq baş məşqçisi Moldova millisindən istefaya göndərilib

Moldova millisinin baş məşqçisi Roberto Bordin istefaya göndərilib.

Sportline.az xəbər verir ki, bu barədə italiyalı mütəxəssis özünün şəxsi instaqram səhifəsində paylaşım edib.

Qeyd edək ki, Roberto Bordin 2018-ci ilin iyulundan 2020-ci ilin yanvarınadək "Neftçi"nin baş məşqçisi olub.