"Neftçi"nin sabiq prezidenti "Roma"nın oyununa təyinat alıb

"Neftçi" klubunun sabiq prezidenti Orxan Hüseynzadə yeni təyinat alıb.

Sportline.az xəbər verir ki, o, İtaliyada "Roma" və Avstriya "Zaltsburq"u arasında keçiriləcək Avropa Liqasının pley-off mərhələsinin cavab matçında UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, fevralın 23-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. İlk görüşdə Avstriya təmsilçisi mininal hesablı qələbə qazanıb - 1:0. Orxan Hüseynzadə 2017-2018-ci illərdə "Neftçi"nin prezidenti olub.

Banner