"Neftçi"nin sükanı kimə həvalə olunacaq?

Baş məşqçisi Samir Əliyevlə yollarını ayıran "Neftçi" əcnəbi mütəxəssis axtarışındadır. Sportline.az Azerisport.com-a istinadən xəbər verir ki, əcnəbi baş məşqçi ilə qışadək müqavilə bağlanılacağı gözlənilir.  Bunu  idman direktoru Vəli Qasımov deyib: “Qışa qədər yeni baş məşqçi ilə anlaşmalıyıq. Hələlik konkret namizəd yoxdur. Azərbaycan futboluna tez uyğunlaşa biləcək birini tapmağa çalışacağıq”. Sitatın sonu.

Xatırladaq ki, 12 oyundan 13 xal toplayan "Neftçi"ni müvəqqəti olaraq klubun Müşahidə şurasının üzvü Əsgər Abdullayev əvəzləyəcək.

Banner