Nəriman Abbasovdan Həbibə iddialı təklif

MMA döyüşçüsü Nəriman Abbasov rusiyalı keçmiş UFC çempionu Həbib Nurməhəmmədovun mərhum atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr olunmuş turnirdə Şamil Zavurova qalib gəldiyi titul döyüşündən sonra maraqlı çıxışla yadda qalıb.

Sportline.az xəbər verir ki, 27 yaşlı idmançı vida döyüşünü ona qarşı keçirən Zavurova təşəkkür edib: "Şamilə sonrakı karyerasında uğurlar arzu edirəm".

UFC-yə keçməyə hazırlaşan Abbasov Nurməhəmmədova da üz tutub: "Həbibə demək istəyirəm ki, çemodanım hazırdır. Səni gözləyirəm".

Qeyd edək ki, Nəriman Abbasov Şamil Zavurova ilk raunddaca nokautla qalib gəlib.