Neymar "Barselona"ya qayıtmaq istəyir

Neymar PSJ-yə keçdiyi üçün peşmandır. SportLine.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

Xəbərə görə, braziliyalı hücumçu "Barselona"ya qayıtmaq istəyir. Onun, hətta meneceri ilə bu məsələ barədə danışdığı deyilir.

Ötən gün isə Kataloniya təmsilçisinin baş məşqçisi Ernesto Valverde isə Neymarın "Barselona"ya qayıdacağı ilə bağlı yayılan xəbərləri əsassız adlandırıb.

Qeyd edək ki, yanvar ayında Neymarın mövsümün sonunda "Real"a keçəcəyi gündəmdə olsa da, sonradan bu transferin 2019-cu ilin yayına təxirə salındığı barədə məlumat yayılmışdı.