Neymar "Barselona"ya qayıtmaq istəyir

"Santos"un brazilyalı ulduz futbolçusu Neymar Junior klubdan ayrılmaq qərarına gəlib.

Sportline.az "Catalunya Radio" nəşrinə istinadən xəbər verir ki, Neymar "Barselona"ya qayıtmağı planlaşdırır.

Lakin Kataloniya klubu 32 yaşlı futbolçu ilə maraqlanmır.

Qeyd edək ki, Neymar 2013-2017-ci illər ərzində "Barselona"da çıxış edib.

O bu mövsüm "Santos"un heyətində çıxış etdiyi 7 matçda 3 qol və 3 məhsuldar ötürmə müəllifi olub.