Nicat Rəhimov dünya çempionu oldu
ABŞ-ın Hyuston şəhərində ağırlıqqaldırma üzrə dünya çempiontı davam edir. SportLine.az xəbər verir ki, yarışın növbəti günündə iki idmançımız körpücük üzərinə çıxıb. 77 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Əfqan Bayramov və Elxan Əliquluzadənin cəhdləri uğursuz alınıb. Bayramov 324 kq nəticə ilə 29-cu, Əliquluzadə isə 357 kq nəticə ilə 6-cı yerdə qərarlaşıb.
Bu çəki dərəcəsində qalib adına Nicat Rəhimov layiq görülüb. Qazaxıstan adından mübarizə aparan Rəhimov birdən qaldırmada 165 kq, təkanla qaldırmada 207 kq çəkini ram edib.
Xatırladaq ki, Azərbaycan millisinin heyətində hələlik 2 medal var. Boyanka Kostovanın (58 kq) çempion olduğu yarışda Valentin Xristov (62 kq) bürünc medal qazanıb.