Niderland millisində ciddi itki
Niderland millisi Avropa çempionatı ərəfəsində ciddi itki ilə üzləşib.
Sportline.az xəbər verir ki, "narıncılar" Tön Kopmeynersin xidmətindən məhrum olublar.
"Atalanta"nın yarımmüdafiəçisi ötən gecə İslandiya ilə yoldaşlıq oyununun məşqi zamanı zədələnib.
Həkimlər onun AVRO:2024-də çıxış edə bilməyəcəyini bildiriblər.
Qeyd edək ki, Niderland - İslandiya matçı 4-0 hesabı ilə meydan sahiblərinin xeyrinə nəticələnib.