Niderland millisinin üzvü “Qalatasaray”a gəlir
Niderland millisinin üzvü Noa Lanq karyerasını Türkiyədə davam etdirməyə hazırlaşır.
Sportline.az "Fanatik" nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu "Qalatasaray" klubuna transfer olunmağa yaxındır.
Xəbərdə bildirilir ki, "sarı-qırmızılar" italiyalı "Napoli" klubu ilə vingerin keçidi ilə bağlı razılıq əldə ediblər.
İstanbul təmsilçisinin futbolçunun özü ilə də şərtlər üzərində anlaşdığı qeyd olunur.