Niderlandlı fanat 40 illik cəzalandırıldı

PSV Avropa Liqasının pley-offunda "Sevilya" ilə oyunda qapıçı Marko Dmitroviçə hücum eləyən fanatın 40 il stadiona gəlməsinə qadağa qoyub.

Sportline.az xəbər verir ki, sözügedən oyunun sonlarında meydana daxil olan azarkeş qonaqların serbiyalı qapıçısına hücum edərək, ona zərbə endirmişdi.

Eyndhoven prokurorluğu 20 yaşlı fanata 3 aylıq həbs cəzası kəsməklə yanaşı, onun 2 il müddətində PSV stadionu ərazisinə girişini də qadağan edib.