Niderlandlı futbolçu "İnter"də qalacaq

 "İnter" niderlandlı futbolçusu Denzel Dyumfrislə müqavilə müddətini uzadıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2028-ci ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, D.Dyumfris cari mövsüm "İnter"in heyətində 15 oyunda 2 qol vurub.