Nigeriyalı futbolçu "Fənərbağça"da
"Fənərbağça" qadın futbol komandası heyətini yarımmüdafiəçi ilə gücləndirib.
Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, "sarı-lacivərtlilər" "Sent-Etyen"də çıxış edən Regina Otunu rənglərinə qatıb.
28 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Fənərbağça" qadın futbol klubu ötən mövsüm Türkiyə Super Liqasını 3-cü yerdə tamamlayıb.Çempion "Qalatasaray" olub.