Niko Uilyams "Arsenal"a transfer olacaq?
"Atletik Bilbao"nun ispaniyalı futbolçusu Niko Uilyams karyerasını "Arsenal"da davam etdirməyə yaxındır.
Sportline.az xəbər verir ki, bu haqda "Mail Sport" nəşri məlumat yayıb.
London klubu Uilyams üçün qarşı tərəfə 70 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, 22 yaşlı futbolçunun "Atletik"lə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
O bu mövsüm çıxış etdiyi 37 matçda 9 qol və 7 məhsuldar ötürmə müəllifi olub.