Niko Uilyams "Atletik"dən ayrılır

"Atletik Bilbao"nun ispaniyalı futbolçusu Niko Uilyams mövsümün sonunda klubdan ayrılacaq.

Sportline.az xəbər verir ki, bu haqda "Todo Fichajes" nəşri məlumat yayıb.

Uilyamsla "Arsenal", "Aston Villa", "Paris Sen-Jermen" və "Mançester Yunayted" yaxından maraqlanır.

Qeyd edək ki, 22 yaşlı futbolçu bu mövsüm çıxış etdiyi 37 matçda 9 qol və 7 asistlə yadda qalıb.