Niko Uilyams karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər
"Atletik Bilbao"nun ispaniyalı futbolçusu Niko Uilyams karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az "TeleBilbao"ya istinadən xəbər verir ki, "Arsenal" və "Çelsi" Uilyamsı transfer etmək istəyir.
22 yaşlı futbolçunun transfer qiyməti 70 milyon avro olaraq təyin olunub.
Qeyd edək ki, Uilyamsın "Atletik Bilbao" ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.