Nizami Ocaqverdiyev: "Bu qədər qol olacağını gözləmirdik"

"Oyunun gərgin və maraqlı keçəcəyini bilirdik. Amma bu qədər qol olacağını gözləmirdik".

Bunu Sportline.az saytına açıqlamasında "Turan Tovuz-2" komandasının baş məşqçisi Nizami Ocaqverdiyev "Araz-Naxçıvan"la 5:6 hesablı oyunu şərh edərkən bildirib.

O, bu qədər qolu müdafiədəki səhvlərlə əlaqələndirib: "Bu, həm bizim, həm də rəqibin müdafiəsindəki kobud səhvlərin nəticəsi idi. Maraqlı oyun keçdi, bəzi oyunçularımız mövqe səhvlərinə yol verdi. Nəticədə 5 qol vurmağımıza baxmayaraq, məğlub olduq". 

Banner