"Nottingem Forest" Gyökeres üçün hərəkətə keçib

"Nottingem Forest" "Sportinq"in isveçli futbolçusu Viktor Gyökeresi mövsümün sonunda heyətinə qatmağı planlaşdırır.

Sportline.az z"Transferdot.com" saytına istinadən xəbər verir ki, İngiltərə klubu Gyökeres üçün "Sportinq"ə 70 milyon avro ödəməyə hazırdır.

26 yaşlı forvard bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 41 matçda 40 qol və 10 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, Viktor Gyökeresin "Sportinq"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.