"Nottingem"dən "Brayton"a futbol dərsi

İngiltərə Premyer Liqasında 24-cü tura start verilib.

Sportline.az xəbər verir ki, günün ilk oyununda "Nottingem Forest" öz meydanında "Brayton"la qarşılaşıb. Matç meydan sahiblərinin böyük hesablı qələbəsi ilə nəticələnib.

"Nottingem Forest" 7:0 "Brayton"

Qollar: Luyis Dank, 12, (ö.q), Morqan Gibbs-Vayt, 25, Kris Vud, 32, 64, 69, (pen), Neko Villiams, 89, Jota Silva, 90+1

Qeyd edək ki, "Nottingem" 47 xalla 2-ci, "Brayton" isə 34 xalla 9-cu pillədə yer alıb.