"Növbəti oyunda diqqətimizi bir anlıq belə itirmək haqqımız yoxdur, çünki pley-off səhvi bağışlamır"
Futbol üzrə Dünya çempionatı həyacanı davam edir.
Sportline.az xəbər verir ki, Kolumbiya millisi Qana seçməsi ilə münasibətlərini aydınlaşdıracaq.
Kolumbiya millisinin çalışdırıcısı Nestor Lorenso cütün favoriti sayılmaqları ilə razı olmadığını bildirib:
"Cütün aşkar favoriti sayılmağımızı əsla qəbul etmirəm və komandamın üzərində bu cür süni təzyiqin yaradılmasının əleyhinəyəm. Biz qrup mərhələsində hər qarşılaşmada taktiki nizam-intizam və oyun üslubu baxımından pillə-pillə inkişaf etdiyimizi göstəririk. Növbəti oyunda diqqətimizi bir anlıq belə itirmək haqqımız yoxdur, çünki pley-off səhvi bağışlamır."
Qeyd edək ki, Kolumbiya - Qana görüşü iyulun 4-ü Bakı vaxtı ilə səhər saat 05:30-da başlanacaq.