Noyer komandada qalır

"Bavariya" qapıçısı Manuel Noyerlə müqaviləni yeniləyəcək.

Sportline.az "Sport1"ə istinadən xəbər verir ki, tərəflər yaxşın günlərdə sözləşməni uzadacaq. 35 yaşlı qolkiper karyerasını Münhen klubunda bitirmək istəyini qarşı tərəfə bildirib. Kapitanın "Bavariya" ilə hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Qeyd edək ki, Almaniya millisinin üzvü 2011-ci ildə "Şalke"də "Bavariya"ya keçib.