"Nur" - "Qarabağ" görüşündə gərgin mübarizə

Qadın həndbolçuların ölkə çempionatında 18-ci tura Mingəçevirdə start verilib.

Sportline.az xəbər verir ki, bu gün "Kür" Olimpiya İdman Mərkəzində keçirilən oyunda yerli  "Nur" "Qarabağ"ı qəbul edib. Gərgin mübarizə ilə yadda qalan görüş meydança sahibələrinin minimal üstünlüyü ilə yekunlaşıb - 31:30. Turun digər görüşləri həftə sonuna təyin olunub. Aprelin 14-də  "Azərsu" "Gənclərbirliyi"ni, "Azəryol" "İdman Akademiyası"nı sınağa çəkəcək.