Nurlan Novruzov Litva klubunda

Azərbaycanlı futbolçu Nurlan Novruzov karyerasını Litvada davam etdirəcək.

Sportline.az xəbər verir ki, 30 yaşlı hücumçu "Jonava"ya transfer olunub. Bu barədə Litva klubunun  saytı məlumat yayıb.

Qeyd edək ki, "Jonava"  Litva 1-ci liqasında 5 turdan sonra 0 xalla sonuncu pillədə qərarlaşıb. 

Novruzov karyerası ərzində Azərbaycanda “Bakı”, “Sumqayıt”, Səbail”, Türkiyədə “Şanlıurfa”, “Dersim 62 Spor”, Moldovada “Dinamo-Auto”, Estoniyada "Narva Trans", Nepalda "Lalitpur Siti"də oynayıb.

Banner