"Nyukasl" "Milan" fanatlarının son ümidini də dəfn elədi

İngiltərənin "Nyukasl" klubu Sandro Tonalinin tranferini rəsmən elan etdi.

Sportline.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ilə 2028-ci ilədək müqavilə imzalanıb.

"Sağsağanlar"ın İtaliya millisinin üzvü üçün "Milan"a 70 milyondan artıq avro ödədiyi bildirilir.

Qeyd edək ki, "Milan" fanatı olan Tonalinin komandadan könülsüz ayrıldığı haqda xəbərlər yayılmışdı.

 

Banner