"Nyukasl"ın futbolçusu karyerasını Ərəbistanda davam etdirə bilər

"Nyukasl Yunayted"in hücumçusu Kalum Uilson Səudiyyə Ərəbistanına transfer oluna bilər.

Sportline.az jurnalist Ben Ceykobsa istinadla xəbər verir ki, klub rəhərliyi maliyyə feyr-pleyində çətinlik yaşadıqları üçün ingilis futbolçunun satışına razılıq verməyə hazırdılar.

32 yaşlı futbolçu ötən mövsüm bütün turnirlər daxil olmaqla 26 oyunda 10 qol vurub, 1 asist edib.Onun "ağ-qaralar"la müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Transfermarkt portalına Kalum Uilsonun transfer dəyəri 13 milyon avrodur.