"Nyukasl"ın yeni hədəfi

"Nyukasl Yunayted"in yeni transfer hədəfi bəlli olub.

Sportline.az "The Sun Football"a istinadən xəbər verir ki, "Bormunt"un niderlandlı futbolçusu Castin Klayvert "Nyukasl"ın maraq dairəsinə düşüb.

25 yaşlı futbolçunun transfer qiyməti 30 milyon avrodur.

Qeyd edək ki, Klayvert cari mövsüm çıxış etdiyi 25 oyunda rəqib qapılarından 12 top keçirib.

Onun "Bormunt"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.