Okan Burukdan çempionluq sözü
"Başımız dik, çempionatda lider durumdayıq. Əlbəttə, daha fərqli mənzərə ilə 1-ci ola bilərdik. Amma hazırda ən yaxın izləyicimizdən 3 xal öndəyik".
Sportline.az xəbər verir ki, bu sözləri "Qalatasaray"ın baş məşqçisi Okan Buruk Türkiyə Superliqasının 32-ci turunun “Beşiktaş”la matçından sonra (1:3) mətbuat konfransında deyib.
Derbi matçındakı məğlubiyyəti şərh edən mütəxəssis komandasının çempion olacağına inanıdğını bildirib: “Qalatasaray” həmişə belə dönəmlərdən qalib kimi çıxıb. Azarkeşlərimiz narahat olmasınlar, əlimizdən gələni edəcəyik. İnşallah, bu mövsümün çempionu “Qalatasaray” olacaq”.
Qeyd edək ki, mövsümün sonuna 6 tur qalmış "Qalatasaray" turnir cədvəlində 70 xalla (30 oyun) 1-ci, "Beşiktaş" 65 xalla (31 oyun) 3-cüdür. "Fənərbaxça" isə 67 xalla (30 oyun) 2-cidir.