"Old Trafford"da Şou davam edəcək

"Mançester Yunayted"in müdafiəçisi Lyuk Şou klubla müqaviləsinin müddətini uzadıb.

Sportline.az Britaniya mətbuatına istinadla xəbər verir ki, o, 2027-ci ilədək mançesterlilərin formasını geyinəcək. 

Qeyd edək ki, 27 yaşlı futbolçu 2014-cü ildən "qırmızı şeytanlar"ın düşərgəsindədir.

Bu mövsüm 23 oyuna çıxan Şou 1 qol və iki məhsuldar ötürmənin müəllifi olub.