Olimpiadaya vəsiqə verən son təsnifat turniri start götürür

Türkiyənin İstanbul şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən II Dünya təsnifat turniri keçirilir.

SportLine.az xəbər verir ki, yarışlarda finala yüksələn hər bir güləşçi həm də Olimpiadaya vəsiqəni təmin edəcək. 

İlk yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparır. 

66 kq 
1/16 final - Dominik Etlinger (CRO) - Rəsul Çunayev (B xalçası)

98 kq
1/8 final - Daniel Gastl (AUT) - Şalva Qadabadze (B xalçası)

Xatırladaq ki, güləş seçməmiz bu günədək Rio-de Janeyro Olimpiya Oyunlarına 13 vəsiqə qazanıb. Sərbəst güləşçilərimiz Olimpiya Oyunlarına tam heyətlə qatılacaq, komandamız 6 mümkün vəsiqənin hamısını əldə edib. Yunan-Roma güləşçilərimiz 4, qadın güləşçilərimiz isə 3 çəki dərəcəsində vəsiqəyə sahibdir.