Olimpiya çempionu köpək balığı ilə yarışdı

Üzgüçülük üzrə 23 qat olimpiya çempionu Maykl Felps köpək balığı ilə yarışıb. SportLine.az xəbər verir ki, “Discovery” telekanalının təşkil etdiyi yarış Cənubi Afrika Respublikasının Keyptaun şəhərində açıq suda baş tutub.

Köpək balığı finişdə qoyulan qida istiqamətində üzüb və nəticədə 100 metrlik məsafəni 36,1 saniyəyə qət edib. Olimpiya çempionu isə ondan 2 saniyə geri qalıb.

Qeyd edək ki, Maykl Felps 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından sonra karyerasını başa vurub.