Olimpiya çempionuna yeni vəzifə verildi
Azərbaycan Həndbol Federasiyasının (AHF) yeni rəhbərliyi müəyyənləşib. SportLine.az Apasport.az saytına istinadən xəbər verir ki, dekabrda qurumun prezidenti seçilən “Azəryolservis” ASC-nin sədri Saleh Məmmədovun kimlərlə işləyəcəyi bilinib.
Belə ki, Olimpiya çempionu Rəfiqə Şabanova AHF-dakı işini vitse-prezident kimi davam etdirəcək. Orxan Abbasov da onunla eyni vəzifəni daşıyacaq. Federasiyada baş katib funksiyasını “Azəryol” voleybol klubunun sabiq icraçı direktoru Yusif Atakişiyev yerinə yetirəcək.
İsgəndər Əsgərov idman, Ernest Atakişiyevlə Vaqif Əliyev beynəlxalq şöbəyə rəhbərlik edəcək. Federasiyada baş hakim Ələkbər Atakişiyev olacaq. Məşqçilər Şurası isə Hikmət Abdullayevlə Olimpiya çempionu Lyudmila Şubinaya həvalə edilib.