Ölkə çempionu növbəti qələbəsini qazandı
Kişi həndbolçuların Azərbaycan çempionatında 2-ci turun oyunları keçirilib.
Sportline.az xəbər verir ki, "Məhsul" kollektivi ilə U-16 komandasının görüşündə nominal meydança sahiblərinin imkanları daha yüksək qiymətləndirilirdi. Mülahizələri doğruldan "Məhsul", çempionata daha çox təcrübə toplamaq məqsədi ilə qatılan rəqibi üzərində inamlı qələbə qazanıb - 34:15.
Yarışın əsas favoriti sayılan "Bakı" da turu qələbə ilə başa vurub. Ölkə çempionu bu dəfə "Təhsil" komandası ilə qarşılaşıb. Gözlənildiyi kimi "Bakı"nın üstünlüyü şəraitində keçən oyun 32:23 hesabı ilə nəticələnib.