Ölkə çempionumuz "Benfika"ya qarşı

Futzal üzrə Çempionlar Liqasının ilkin və əsas mərhələsinin püşkü atılıb.

Sportline.az xəbər verir ki, UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə əsas mərhələdə çıxış edəcək Azərbaycan çempionu "Araz”ın da rəqibləri bəlli olub. 

A yolunda yer alan Naxçıvan təmsilçisi "Benfika” (Portuqaliya), "Halle Gooik” (Belçika) və "Xerson”la (Ukrayna) birgə 2-ci qrupa düşüb.

Qeyd edək ki, əsas mərhələnin oyunları 8 - 13 oktyabrda keçiriləcək.