Orkun Kökçü Premyer Liqada çıxış edəcək?

"Beşiktaş"ın yarımmüdafiəçisi Orkun Kökçü karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Mançester Yunayted" və "Tottenhem" 25 yaşlı oyunçunu heyətinə qatmaqda israrlıdır.

London klubu bu keçid üçün "Beşiktaş"a 52 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, O.Kökçü bu mövsüm meydana çıxdığı 35 matçda 8 qol, 9 asistlə yadda qalıb.