Orteqa karyerasını İspaniyada davam etdirə bilər

"Mançester Siti"nin almaniyalı qapıçısı Ştefan Orteqa mövsümün sonunda klubdan ayrıla bilər.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Atletiko Madrid" Orteqanı transfer etmək üçün hərəkətə keçib.

32 yaşlı kiperin "Mançester Siti" ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Orteqa bu mövsüm 16 rəsmi matçda iştirak edib. Qapısında 22 top görüb.