"Osasuna" İspaniya kubokunun finalında

İspaniya kubokunda ilk finalçı müəyyənləşib.

Sportline.az xəbər verir ki, yarımfinalın cavab oyununda "Atletik" "Osasuna"nı qəbul edib. Bu komandalar arasında ilk görüşdə "Osasuna" 1:0 hesabı ilə qalib gəlmişdi. Görüşün əsas vaxtında "Atletik" 1 cavabsız qol vurduğu üçün əlavə vaxta ehtiyac duyulub. Burada bərabərlik qolunu vuran "Osasuna" finala yüksəlib.

"Atletik" - "Osasuna" - 1:1
Qollar:
 Ulyams, 33 (1:0), İbanes, 116 (1:1)
İlk oyun - 0:1

"Osasuna" finalda "Barselona" - "Real" cütünün qalibi ilə qarşılaşacaq.

Banner