Ötən ilin ən çox qazanc əldə edən idmançısı açıqlandı

2024-cü ildə ən yüksək qazanc əldə edən idmançıların siyahısı açıqlanıb.

Sportline.az xəbər verir ki, siyahıya "Əl-Nəsr" və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu başçılıq edir.

Bu haqda "Sportico" məlumat yayıb.

Ümumi siyahıda mənzərə belədir:

1. Kriştianu Ronaldu (futbol) - $260 milyon 
2. Stefen Karri (basketbol) - $153,8 milyon
3. Tayson Fyuri (boks) - $147 milyon
4. Lionel Messi (futbol) - $135 milyon
5. Lebron Ceyms (basketbol) - $133,2 milyon
6. Neymar (futbol) - $133 milyon
7. Aleksandr Usik (boks) - $122 milyon
8. Kərim Benzema (futbol) - $116 milyon
9. Kilian Mbappe (futbol) - $110 milyon
10. Con Ram (qolf) - $105,8 milyon