Oyun zamanı ürəyi dayandı

İspaniya 3-cü liqasında keçirilən "Kordoba" - "Rasinq Ferrol" matçında dəhşətli hadisə yaşanıb.

Sportline.az xəbər verir ki, meydan sahiblərinin 25 yaşlı müdafiəçisi Draqişa Qudel oyun zamanı huşunu itirərək yerə yıxılıb.

Bu zaman ürəyi dayanan futbolçuya ürək masajı edilib. Yalnız bundan sonra özünə gələn Qudel ambulansla xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin yaxşı olduğu bildirilib.