Ozan Can Kökçü oynadı, komandası uduzdu
Niderland Eerste Divizyesində (I Liqa) 37-ci turun oyunları keçirilib.
Sportline.az xəbər verir ki, Azərbaycan millisinin keçmiş oyunçusu Ozan Can Kökçünün formasını geydiyi "Telstar" doğma meydanda "Yonq Utrext"i qəbul edib. Matç qanaqların 3:1 hesablı qələbəsiylə başa çatıb.
Ozan Can da bu görüşün iştirakçısı olub. 23 yaşlı futbolçu qarşılaşmaya start heyətdə başlayıb və 78-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, 35 xalı olan "Telstar" turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.