Özbəkistanda ilin ən yaxşı futbolçusu "Roma"lı oldu

Özbəkistanda 2021-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib.

Sportline.az Özbəkistan Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, “Roma”da çıxış edən Eldor Şomurodov ölkəsində ilin ən yaxşı oyunçusu seçilib. O, jurnalistlər arasında keçirilmiş sorğu nəticəsində ən yaxşı futbolçu elan olunub.

Özbəkistan millisinin üzvü bu ilin yayından “Roma”da çıxış edir. 26 yaşlı forvard paytaxt təmsilçisində i23 oyunda 3 qol vurub. Daha öncə “Cenoa”, “Rostov”, “Bunyodkor” və “Məşəl” klublarında da oynayan Eldor millidə keçirdiyi 51 oyunda 22 qol vurub.