“Panatinaikos” zirvəyə bir qədər də yaxınlaşıb

Fatih Terimin çalışdırdığı “Panatinaikos” növbəti vacib qələbəsini qazanıb.

Sportline.az xəbər verir ki, Super Liqanın 31-ci həftəsində doğma meydanda “Lamia” ilə qarşılaşan “yaşıllar” meydandan 3-1 hesablı qələbə ilə ayrılıblar.
“Panatinakos”a qələbə gətirən qolları 18-ci dəqiqədə Qnezda Çerin, 60 və 87-ci dəqiqədə Bernard vurub.

“Lamia”nın yeganə qolu isə 14-cü dəqiqədə Slivkadan gəlib.

Beləliklə xallarının sayını 68-ə çatdıran “Panatinaikos” yarış cədvəlində 2-ci pilləyə yüksəlib.

Yunanıstan Super Liqasında 32 turdan sonra vəziyyət belədir.
                             Oyun                  Xal
1.AEK                 31                      69
2.Panatinaikos      31                      68
3.PAOK               30                      67
4.Olimpiakos       30                      63.

Qeyd edək ki, bu həftə keçirilməli olan PAOK-“Olimpiakos” matçı hər 2 komandanın həftə içi Uefa Konfrans Liqasında oyunları olduğuna görə federasiya tərəfindən təxirə salınıb.