Paris-2024: Azərbaycan təmsilçisi məğlub olub

Azərbaycan təmsilçisi Cahan Musayev Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında məğlub olub.

Sportline.az xəbər verir ki, parakamandan oxatmada mübarizə aparan idmançı 1/16 final mərhələsində iranlı Məhəmməd Reza ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 6:4.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.