Paris-2024: Güləşçimiz bürünc medal qazandı

Sərbəst güləşçi Maqomedxan Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb.

Sportline.az xəbər verir ki, 97 kq çəki dərəcəsində yer alan idmançımız üçüncü yer uğrunda görüşdə Ukrayna təmsilçisi Murazi Mçelidze ilə üz-üzə gəlib.

Görüş təmsilçimizin 10:0 qələbəsi ilə yekunlaşıb. 

Qeyd edək ki, bununla da idmançılarımızın Paris-2024-də çıxışları başa çatıb.