"Paris Sen-Jermen"in Van Deyk planı

"Liverpul"un kapitanı Vircil Van Deyk mövsümün sonunda klubdan ayrılacaq.

Sportline.az xəbər verir ki, bu haqda "Anfield Watch" nəşri məlumat yayıb.

"Paris Sen-Jermen" Van Deyki mövsümün sonunda azad agent kimi heyətinə qatmağı planlaşdırır.

Qeyd edək ki, 33 yaşlı stoper "Liverpul"la yeni müqavilə imzalamaq niyyətində deyil.

Niderlandlı futbolçu 2018-ci ildən Mersisayd klubunda çıxış edir.

Van Deyk bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 39 matçda 15 qol və 13 məhsuldar ötürmə müəllifi olub.