Pele Messidən üzr istədi

Argentina yığmasının və PSJ-nın hücumçusu Lionel Messi millidə vurduğu qol sayına əfsanəvi braziliyalı futbolçu Pelenin rekordunu yeniləyib. Lakin hər kəs Peledən Messinin ünvanına təbrik gözləsə də, veteran futbolçu tərəfindən bu addım atılmamışdı.

Sportline.az xəbər verir ki, üçqat dünya çempionu nəhayət gənc həmkarını təbrik edib, hətta gecikmiş təbrikə ondan üzr istəyib. 

"Messi, salam. Əgər gecikdimsə bağışla. Ancaq mən səni bu ayın əvvəlində üstələdiyin daha bir rekord münasibətilə təbrik etmək imkanını qaçırmaq istəmirdim. Sənin dahi istedadın var. Ümid edirəm, dostlarım Mbappe və Neymarla birlikdə daha çox uğura nail ola biləcəksən", - deyə Pele "İnstagram" hesabında yazıb.

Qeyd edək ki, Messinin aktivində 79, Peledə isə 77 qol var.