Pelenin səhhəti ilə bağlı son durumu
Əməliyyat olunan əfsanəvi futbolçu Pelenin səhhəti ilə bağlı son durumu açıqlanıb.
Sportline.az xəbər verir ki, bu barədə 81 yaşlı sabiq hücumçunun qızı Keli Nasimentu instaqram hesabında bildirib.
O, atasının vəziyyətinin yaxşı olduğunu vurğulayıb: "Ağrısı yoxdur, əhval-ruhiyyəsi yaxşıdır. 1-2 gündən sonra adi palataya küçürüləcək, sonra evinə gedəcək".
Qeyd edək ki, Pele sentyabrın 6-da bağırsağındakı şiş ucbatından əməliyyat olunub.