Pelleqrini tarixə düşdü
İtaliyanın "Roma" klubunun futbolçusu Lorentso Pelleqrini tarixi nailiyyətə imza atıb.
Sportline.az xəbər verir ki, yarımmüdafiəçi Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında qol vuran ilk oyunçu olub.
Pelleqrini son olaraq, "canavarlar"ın Bolqarıstanın "MOİK-Sofiya" komandasına 5:1 hesabı ilə qalib gəldiyi Konfrans Liqasının qrup mərhələsinin I tur qarşılaşmasında "dubl" edib.