Pepdən Haaland şərhi

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola futbolçusu Erlinq Haalandın oyununu təsvir etməyə söz tapa bilmir .

Sportline.az xəbər verir ki, norveçli hücumçu dünən İngiltərə Premyer Liqasının 13-cü turunda "Brayton"la matçda (3:1) dubl edib. O, bu mövsüm klubda bütün turnirlərdə 15 oyunda 22 qol vurub.

Qvardiola 22 yaşlı oyunçu ilə bağlı deyib: "Mən katalonam, ona görə də ingilis dilim onu ​​təsvir etmək üçün kifayət qədər yaxşı deyil. Haalandın rəqəmləri inanılmazdır və onun ustalıq səviyyəsi danılmazdır. Erlinq çox iddialıdır və onun oyunu bizə qalib gəlməyə kömək etdi".

Banner